Sabah Türkiyə və Rusiyanın xarici işlər nazirləri görüşəcək

Sabah Türkiyə və Rusiyanın xarici işlər nazirləri görüşəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüş avqustun 24-də Rusiyanın paytaxtı Moskvada gerçəkləşəcək.

Görüşün əsas mövzusu Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə etməkdir.

Xatırladaq ki, hər iki nazir sonuncu dəfə avqustun 14-də Ankarada görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə