...Rusiya ordusu tərəfindən ələ keçirilən Ukrayna ərazilərində humanitar fəlakət geniş vüsət alır. Kremlin bu torpaqları qəsdən yerli əhalidən təmizlədiyinə inanmaq üçün əsaslar var.
SİA-nın əldə etdiyi məlumata görə Dialog.UA xəbər verir ki, belə bir rezonans doğuran açıqlamanı tanınmış rusiyalı Z-bloqçu Pavel İvanov verib.
O, Zaporojye bölgəsinin işğal olunmuş hissəsindəki vəziyyətə diqqət çəkib. Oradakı insanlar elektrik enerjisi, axar su və mağazalardakı “kosmik” qiymətlərlə yaşamağa məcburdurlar.
...Balkidə niyə işıq və su yoxdur? Bütün “xüsusi hərbi əməliyyat” dövründə heç nə dəyişməyib! Niyə təmir yoxdur? Çünki “təhlükəli deyil”. Orada yaşayan insanlar, necə deyərlər, yaşayırlar. Heç nə dəyişmir... Zaporojye bölgəsinin sakinləri mağazalardakı qiymətlərdən şoka düşüblər. Energodar sakinləri şəkillər göndərirlər: dəhşətli qiymətlər. Un 200 rubl, su 200 rubl, kərə yağı 560-600 rubl... Yaxşı, “normal”. Belə şəraitdə necə yaşamaq olar? Sanki ərazidə əsl təmizlik işləri gedir, - deyə İvanov qeyd edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB