Putin daxili bazarı benzinlə təmin etmək məsələsi ilə bağlı müşavirə keçirib

Putin daxili bazarı benzinlə təmin etmək məsələsi ilə bağlı müşavirə keçirib

Rusiya Prezidenti Vladimir Putin bazar günü, 28 iyun axşamı daxili yanacaq tədarükü ilə bağlı müşavirə keçirib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə Baş nazirin birinci müavini Denis Manturov, Baş nazirin müavini Aleksandr Novak, Müdafiə naziri Andrey Belousov, Sənaye və ticarət naziri Anton Əlixanov, Nəqliyyat naziri Andrey Nikitin, İqtisadi İnkişaf naziri Maksim Reşetnikov, Maliyyə naziri Anton Siluanov, Energetika naziri Sergey Tsivilev və Moskva meri Sergey Sobyanin, eləcə də Rusiyanın iri enerji şirkətlərinin nümayəndələri iştirak ediblər.

Dövlət başçısı daxili yanacaq bazarını sabitləşdirmək üçün əlavə tədbirlərin nəzərdən keçirilməsini təklif edib.

Ötən çərşənbə axşamı, 23 iyun tarixində Novak Rusiya yanacaq bazarındakı mövcud vəziyyəti çətin, lakin idarəolunan kimi xarakterizə edib. 26 iyunda o, Rusiya bazarında kifayət qədər yanacaq olduğunu bildirib. Onun sözlərinə görə, yaranan təlaş tələbatın təxminən 20-30 faiz süni şəkildə artmasına səbəb olub.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə