İsrailin Baş naziri Binyamin Netanyahunun əsas siyasi rəqibi kimi son dövrlərdə keçmiş Baş Qərargah rəisi Qadi Eisenkot ön plana çıxmağa başlayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, iyunun 8-də axşam saatlarında Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası rəsmi X hesabında "Tibi olmadan Qadi yoxdur" ifadəsini paylaşıb. Paylaşımda süni intellekt vasitəsilə hazırlanmış 11 saniyəlik video da yer alıb. Videoda Qadi Eisenkot və ərəb əsilli israilli deputat Əhməd Tibi qaranlıq buludlarla örtülmüş parlament binasının qarşısında birlikdə təsvir olunub.
Videonun sonunda "Eisenkotun ərəblərsiz hökuməti yoxdur" mesajı verilir. Bu paylaşım Likud Partiyasının oktyabrın sonunda keçiriləcək parlament seçkiləri öncəsi seçki strategiyasının əsas istiqamətlərini nümayiş etdirir.
Siyasi müşahidəçilərin fikrincə, Netanyahu bu seçkilərdə də uzun illərdir istifadə etdiyi ərəb əleyhinə ritorikanı davam etdirəcək. Eyni zamanda, Qadi Eisenkot hazırda ölkənin ən uzun müddət hakimiyyətdə olan baş naziri üçün əsas siyasi rəqib hesab edilir.
Qadi Eisenkotun adı beynəlxalq ictimaiyyət üçün hələ geniş tanınmasa da, İsrail daxilində onun nüfuzu sürətlə artır. O, artıq keçmiş baş nazir Naftali Bennetti geridə qoyaraq Netanyahunun əsas rəqibi kimi göstərilir. Məlumata görə, Netanyahunun müşaviri Eisenkotu hədəf alan daha 400 kampaniya videosunun hazırlandığını bildirib.
İvrit dilində "düzgün" və ya "dürüst" mənasını verən "Yaşar" Partiyası bir ildən az əvvəl yaradılsa da, son rəy sorğularında sürətlə yüksəliş nümayiş etdirir. Əksər sorğular partiyanın Likudla başabaş mübarizə apardığını, həmçinin Naftali Bennett və keçmiş baş nazir Yair Lapidin siyasi blokunu geridə qoyduğunu göstərir.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB