ABŞ–İsrail–İran müharibəsində ABŞ ilə İran arasında əldə olunan razılaşmaya baxmayaraq, tərəflər qarşılıqlı hücumlar həyata keçirməyə davam ediblər.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İranın Hörmüz boğazı ərazisində gəmilərə hücumlarına cavab olaraq yeni zərbələr endirilib.
İran mediası Keşm adası və Sirik şəhəri yaxınlığında partlayışların baş verdiyini təsdiqləyib. Məlumata görə, Keşm adasında yaşayış məntəqələrindən biri, Sirikdə isə telekommunikasiya qülləsi sursatla vurulub.
ABŞ bundan bir gün əvvəl də İranın Hörmüz boğazından keçməyə çalışan yük gəmisinə hücum etməsinə cavab olaraq zərbə endirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB