Ermənistan şirkəti əməkdaşlığı təsdiqləyib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistana internet Azərbaycan ərazisindən tranzit edəcək. Azərbaycan mediasının məlumatına görə, AzerTelecom və Telecom Armenia müvafiq müqavilə imzalayıblar.
Sənəddə Azərbaycan vasitəsilə Ermənistana beynəlxalq internet bağlantısının təmin edilməsi nəzərdə tutulur.
Müqavilənin bir hissəsi olaraq, regionun aparıcı magistral internet operatoru olan AzerTelecom beynəlxalq internet trafik xidmətlərinin coğrafiyasını genişləndirəcək və öz infrastrukturundan istifadə edərək Ermənistana internet trafikinin tranzitini təmin edəcək.
Erməni provayderi məlumatı təsdiqləyib.
Telecom Armenia-nın açıqlamasında şirkətin öz infrastrukturu vasitəsilə Azərbaycana tranzit təmin edərək ölkələrin sayını və beynəlxalq internet trafikinin coğrafiyasını genişləndirdiyi bildirilir.
Şirkət bildirib ki, müqavilə regionda rabitə marşrutlarının şaxələndirilməsini təşviq etmək, telekommunikasiya şəbəkələrinin etibarlılığını artırmaq və telekommunikasiya sektorunda əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 172
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 173




USD
EUR
GBP
RUB