ABŞ administrasiyası Netanyahuyla vidalaşmağa hazırlaşır

ABŞ administrasiyası Netanyahuyla vidalaşmağa hazırlaşır

ABŞ və İran arasında imzalanan razılaşmadan sonra Netanyahu ilə Tramp arasında yaranan gərginlik davam edir.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tramp administrasiyasından bəzi rəsmilər onların arasında Netanyahunun yaxın çevrəsinə aid olduğu bilinən şəxslərin olduğu bildirilib. İsraildə baş nazir postuna namizəd kimi göstərilən bəzi müxalifət nümayəndələri ilə münasibətləri inkişaf etdirmək məqsədilə ilkin təmaslar qurmağa başlanılıb.

Xəbərdə bildirilir ki, Tramp administrasiyasının qeyri-rəsmi kanallarla əlaqə yaratdığı müxalif siyasətçilər arasında Netanyahunun ən güclü rəqiblərindən hesab olunan keçmiş baş nazir Naftali Bennett və keçmiş Baş Qərargah rəisi, Gadi Eisenkot yer alır.

Məlumata görə, Tramp administrasiyasının müxalifətlə təmas qurmaq istəyinin arxasında üç əsas səbəb dayanır. Xəbərdə xüsusilə vurğulanır ki, Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətində ifrat sağçı nazirlərin təmsil olunması ABŞ-da narahatlıq yaradır. Bu vəziyyət Vaşinqtonun İsrailin gələcək siyasi mənzərəsinə dair alternativ variantları da qiymətləndirməsinə səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə