ABŞ-da silahlı basqın - 13 nəfər yaralanıb

ABŞ-da silahlı basqın - 13 nəfər yaralanıb

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində naməlum şəxslər ətrafa atəş açıb, hadisə nəticəsində xəsarət alanlar var. SİA-nın məlumatına görə, bu barədə məlumatı "ABC" telekanalı yayıb. Şəhər polisinin məlumatına görə, hadisə nəticəsində azı 13 nəfər yaralanıb.

Hadisə cümə günü axşam saatlarında qeydə alınıb. Qırmızı rəngli yolsuzluq avtomobili (ofroader) kütlənin toplandığı yerə yaxınlaşıb və maşında olan iki nəfər insanlara atəş açmağa başlayıb. Silahlı şəxslər hadisəni törətdikdən dərhal sonra ərazidən qaçaraq uzaqlaşıblar.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə