...Demokrat və Respublikaçı partiyalardan olan ABŞ senatorları müsadirə edilmiş Rusiya aktivlərinin Ukrayna üçün istifadəsinə imkan verən qanunvericilik aktını təqdim ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə senator Tim Keynin ofisinin saytında dərc olunmuş açıqlamada bildirilib.
...Müsadirə edilmiş aktivlərdən Ukraynanı silahlandırmaq üçün istifadə (SABER) Qanunu Ukraynanın Rusiya Bankının və digər Rusiya dövlət aktivlərinin müsadirə edilmiş aktivlərindən hərbi texnika, silah almaq üçün istifadə etməsinə icazə vermək üçün mövcud ABŞ qanunvericiliyinə düzəliş etməyi təklif edir.
Senator Con Kornin qeyd edib ki, əvvəllər qəbul edilmiş Ukraynanın İqtisadi Rifahı və Fürsətlərin Bərpası Qanunu (REPO) artıq dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsinə və onların Ukraynanın yenidən qurulması, humanitar, iqtisadi yardım, eləcə də kompensasiya ödənişlərini idarə edən beynəlxalq mexanizmlərə töhfələr üçün istifadəsinə icazə verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB