Bu ölkədə 15 yaşdan kiçik uşaqlara sosial şəbəkələrə giriş qadağan edildi

Bu ölkədə 15 yaşdan kiçik uşaqlara sosial şəbəkələrə giriş qadağan edildi

Yetkinlik yaşına çatmayan uşaq və yeniyetmələrə sosial şəbəkəyə daxil olmaq qadağası tətbiq edən ölkələrin sayır artır. Məlum olub ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyəti uşaqların sosial mediaya çıxışını tənzimləyən yeni qaydalar qəbul edib.

Bildirilir ki, BƏƏ 15 yaşdan kiçik uşaqlara bu platformalarda hesab yaratmaq və ya istifadə etmək, məzmun dərc etmək, şərh yazmaq və ya qruplara qoşulmağı qadağa tətbiq edən ilk ərəb ölkəsidir.

"Bu addım BƏƏ-nin qlobal rəqəmsal transformasiya ilə uyğunlaşan və uşaq təhlükəsizliyinə üstünlük verən qabaqcıl qanunvericilik modellərinin hazırlanmasına sadiqliyini əks etdirir", - deyə hökumət qeyd edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə