İstanbulda metro qatarı relsdən çıxıb - HADİSƏ

İstanbulda metro qatarı relsdən çıxıb - HADİSƏ

İstanbulda metro qatarı relsdən çıxıb, sərnişinlər tüneldə qalıblar. SİA xəbər verir ki, İstanbulun M4 Kadıköy-Sabiha Gökçen Hava Limanı xətti ilə hərəkət edən metro qatarı Bostancı ərazisində relsdən çıxıb. Hadisə zamanı vaqonlarda olan sərnişinlər arasında qısamüddətli təşviş yaşanıb.

Qəzadan sonra xətdə elektrik enerjisinin verilişi dayandırılıb və sərnişinlər öz imkanları ilə qatardan təxliyə olunublar. Vaqonları tərk edən onlarla insan reyslərin üzəri ilə bir müddət qaranlıq tüneldə piyada gedərək yaxınlıqdakı stansiyaya çatmağa çalışıblar. Hadisə yerinə dərhal texniki qruplar cəlb edilib, qəzanın səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə