“Putin öz ordusundan qorxur..?”

Zelenski Kremlin müharibədəki məqsədini açıqladı...
“Putin öz ordusundan qorxur..?”

...Ukrayna Prezidenti Vladimir Zelenski Vladimir Putinin ordusunun evə qayıtmasından və müharibənin bitməsindən qorxduğunu bildirib.

SİA xəbər verir ki, RBC-Ukraynanın məlumatına görə, Ukrayna lideri bunu jurnalistlərlə söhbətində bildirib.

...Putin ordusunun evə qayıtmasından qorxur. Buna görə də o, müharibəni qələbəsiz başa vurmaqdan çox qorxur. Heç bir qələbə olmayacaq. O, fiziki olaraq ordusundan qorxur və buna görə də, əgər müharibə konkret təhlükəsizlik zəmanətləri olmadan bitməsə, o, müharibəyə qayıdacaq. Və bu dəfə başqaları risk altında ola bilər, - deyə Ukrayna prezidenti bildirib.

Zelenski əlavə edib ki, Putin ölənə qədər Kremldə qalacaq və yalnız bir məqsədi var: Sovet İttifaqının bərpası. Lakin Ukrayna olmadan bu mümkün deyil.

Ukrayna prezidenti həmçinin Avropadakı görüşlərinin nəticələrini ümumiləşdirib və qeyd edib ki, bütün tərəfdaşlar Ukraynanın dəstəyi ilə Putinin qarşısının alınacağına əmindirlər.

...Bütün tərəfdaşların əsas nəticələri... Ukrayna güclüdür, hamı bunu mütləq qəbul edir. Putin dayanmaq istəmir və onun sülh istəməsi ilə bağlı bütün danışıqları yalandır. Bütün tərəfdaşlarımız, bütün avropalılar bunu hiss edirlər, amma hamı əmindir ki, birlikdə onu dayandıracağıq. Əsas odur ki, birlikdə onu dayandıracağıq, - deyə Ukrayna lideri yekunlaşdırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə