Moskvanın bütün hava limanları Ukrayna dronlarının hücumu səbəbindən bağlanıb

Moskvanın bütün hava limanları Ukrayna dronlarının hücumu səbəbindən bağlanıb

Moskva aviasiya qovşağına daxil olan dörd hava limanı — Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo — Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra dron hücumları səbəbindən reyslərin gediş və gəlişini dayandırıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “Aeroflot” sərnişinlərə Moskva hava limanlarına yola düşməzdən əvvəl onlayn tabloya baxmağı bildirib. Şirkətin Telegram kanalında qeyd olunub ki, reysi ləğv edilən sərnişinlər hava limanına gəlməməli, biletin geri qaytarılması və ya uçuş tarixinin dəyişdirilməsi üçün onlayn qaydada müraciət edə bilərlər.

Yalnız Şeremetyevo hava limanında onlayn tablolara əsasən, saat 02:00–10:00 aralığında təxminən 30 reys ləğv olunub.

18 iyun gecəsi Moskvanın dörd hava limanı dron hücumu səbəbindən iki dəfə eniş və qalxış reyslərini dayandırıb. Saat 08:00-də Rosaviasiya hava limanlarının fəaliyyətini bərpa etdiyini açıqlasa da, bir saat sonra uçuşlar yenidən dayandırılıb.

Şeremetyevoda hava limanında sərnişinlər və işçilər, o cümlədən təyyarələrdən düşənlər təhlükəsiz ərazilərə təxliyə olunub. Terminal girişləri bağlanıb və sərnişinlər sığınacaqlara yönləndirilib.

Moskvadan uça bilməyən sərnişinlərə döşəklər və matraslar verilir, içməli su təmin edilir, həmçinin ana və uşaq otaqları pulsuz şəkildə fəaliyyət göstərir.

18 iyun gecəsi Moskvaya təxminən 200 dronla hücum edildiyi bildirilib. Hücumlar nəticəsində Moskva Neft Emalı Zavodunda yanğın baş verib. Şəhərdə bir sıra küçələrdə hərəkət məhdudlaşdırılıb, o cümlədən Mərkəzi Dairəvi Yolun (MKAD) bir hissəsi bağlanıb.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə