...Bir müddət bundan əvvəl Ukrayna Vladimir Putinin 9 mayda hərbi parad keçirə bilməsi üçün Rusiyaya hücumu müvəqqəti olaraq təxirə salmağa razılıq vermişdi.
Bu, Ukraynanın artıq hərbi əməliyyatların bitməsinin şərtlərini diktə etmək qabiliyyətini qazandığını göstərir.
SİA xəbər verir ki, “New York Post” qəzetinin məlumatına görə, Ukraynanın Rusiyaya qarşı uzunmənzilli hücum kampaniyası əvvəlcə ABŞ-ın yardımından çox asılı idi.
Lakin, ötən yaz ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynaya yardımı kəskin şəkildə azaltdığına görə, Rusiyaya ən çox ziyan vuran silahlar hazırda Ukraynada istehsal olunur.
Qeyd olunur ki, Fransa prezidenti Emmanuel Makron əvvəllər Ukraynanın hazırda aldığı kəşfiyyat məlumatlarının üçdə ikisinin Parisdən gəldiyini bildirmişdi.
Bu, ABŞ-ın Ukraynadakı müharibənin bitməsindəki rolunun azalmasını əks etdirir.
Nəşr xatırladıb ki, “National Review” müxbiri Cim Geraqti əvvəllər Putini “NATO-nun Rusiya sərhədlərinə genişlənməsi” qorxusundan Ukraynaya tammiqyaslı hücuma başlatdığına görə lağa qoymuşdu.
Lakin bu, Finlandiyanı Alyansa qoşulmağa sövq etdi, buna görə də Rusiya hazırda NATO üzvləri ilə 2000 kilometrdən çox sərhədi bölüşür.
Nəşr Putinin müharibəsinin əks nəticə verdiyini vurğulayıb. ABŞ-ın müharibənin həllinə yanaşmasına baxmayaraq, Ukraynanın hələ də özünü gücləndirmək və təcavüzkarı dəf etmək imkanı var.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB