Kahramanmaraşda tətil qərarı: məktəblər bağlanacaqmı? - Rəsmi açıqlama verildi

Kahramanmaraş şəhərində baş verən hadisələrdən sonra məktəblərin tətil olunub-olunmaması ilə bağlı suallar gündəmdədir.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, hazırkı məlumata görə, Kahramanmaraş Vilayət İdarəsi tərəfindən təhsil prosesinin dayandırılması ilə bağlı rəsmi tətil qərarı elan edilməyib.
Eyni zamanda, daxili işlər orqanlarının açıqlamasına əsasən, Kahramanmaraş şəhərində məktəblərin iki gün müddətinə tətil edildiyi və təhsilin 20 aprel bazar ertəsi günü davam etdiriləcəyi bildirilib.
Digər tərəfdən, Şanlıurfa şəhərində baş verən hadisələrdən sonra bəzi məktəblərin gələn həftəyə qədər müvəqqəti olaraq tətil edildiyi qeyd olunub.
Rəsmi qurumlar vəziyyətlə bağlı yeniliklərin ictimaiyyətə əlavə olaraq açıqlanacağını bildiriblər.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə