Fransız müxbir Putindən kömək istəyib: “Məni qoruyun!”

...Fransız müxbir Adrien Bokket Rusiya ilə bağlı fikirlərinə görə özünün və ailəsinin təhdid altında olduğunu bildirib.

O, sanksiyaların tətbiqindən sonra, yaxınlarının təhdid almağa başladığını “kritik” adlandırıb.

Buna görə də Rusiya lideri Vladimir Putindən kömək istəyib. ...Avropa Birliyi əvvəllər Bokketi Donbasdakı hadisələr barədə reportajına görə sanksiya siyahısına əlavə etmişdi. Bunu bildirən jurnalist iddia edir ki, ona özünü müdafiə etmək üçün danışmaq imkanı verilməyib və heç bir rəsmi bildiriş almayıb.

Fransız jurnalist bildirib ki, Fransada, hazırkı vəziyyətdə “səmimi danışmaq ağlasığmazdır”.

O, həmçinin sanksiyaların onun hüquqlarını pozduğunu və ailəsinin rifahını təhlükəyə atdığını vurğulayıb.

...Bu gün Fransada həqiqəti demək mümkün deyil: məhkəməsiz və heç bir hüquqa hörmət edilmədən cəzalandırılacaqsınız... Mən bir gecədə hər şeyi itirirəm... Prezident Vladimir Putinə kömək üçün müraciət edirəm.

SİA-nın əldə etdiyi məlumata görə, TASS xəbər agentliyi fransızın sözlərini sitat gətirib.

...Xülasə, Bokket ona böhtan atıldığını və “baş verənlərlə heç bir əlaqəsi olmayan” ailəsinin hədəfə alındığını vurğulayıb.

Və yeri gəlmişkən, daha əvvəl Tramp Makronun ABŞ yardımını verməkdən imtina etməsi səbəbindən tezliklə vəzifəsini itirəcəyini bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə