Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkəsinin media agentliklərinə açıqlamasında Avropa Birliyi ölkələri və ABŞ arasındakı hazırkı münasibətlər barədə danışıb. SİA xəbər verir ki, macar nazir KİV-ə açıqlamasında deyib ki, AB-nin bir çox ölkəsi ABŞ-ı ittifaq üçün təhdid kimi görməyə başlayıb və xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə bunu açıq şəkildə müzakirə ediblər. O qeyd edib ki, bu gün bir çoxu açıq şəkildə ABŞ-ı Avropa Birliyi üçün təhdid yaradan ölkə kimi təqdim edir. SİTAT: "Onlar adətən transatlantik alyansın birliyindən danışırlar, amma bu gün ilk dəfə olaraq ABŞ-ı AB-nin nöqteyi-nəzərindən təhdid kimi açıq şəkildə təqdim edirlər", - Siyarto Brüsseldə XİN rəhbərlərinin görüşündən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB