...Volqoqradda xüsusi hərbi əməliyyat iştirakçısının atası qəribə ölüm səbəbi hesab etdiyi üçün oğlunu dəfn etməkdən imtina edib.
SİA xəbər verir ki, bu barədə yerli V1.ru xəbər portalı məlumat verib.
Volqoqrad sakini 2024-cü ilin iyun ayında xüsusi hərbi əməliyyat zonasına gedib. Onun məqsədlərindən biri ailəsi Türkmənistandan köçdüyü üçün özü və atası üçün Rusiya vətəndaşlığı almaq olub.
Həmin ilin noyabr ayında əsgərlə əlaqə saxlanılıb və 2025-ci ilin yanvar ayında atası hərbi qeydiyyat və komissarlıqdan oğlunun ölümü ilə bağlı bildiriş alıb.
Xüsusi hərbi əməliyyat iştirakçısının atası oğlunun ölüm səbəbini göstərən arayışa diqqət çəkib.
Orada oğlunun aldığı yaradan deyil, aterosklerotik ürək xəstəliyindən öldüyü bildirilib. Bundan əlavə, sənəddə əsgərin doğum tarixi səhv göstərilib: 1997 əvəzinə 1977...
...Hərbi həkimlə əlaqə saxladım və o dedi ki, bu xəstəlik ən azı 45 yaşlı kişi üçün tipikdir, - deyə mərhum əsgərin atası bildirib.
O, ölüm səbəbinin dəqiq izahını alana qədər oğlunu dəfn etməyəcəyini bildirib.
Nəşrin dəqiqləşdirdiyinə görə, cəsəd bir ildən çoxdur ki, morqdadır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB