...Rusiya ötən ilin sonlarında 1440 saylı Büro tərəfindən planlaşdırılan 16 aşağı orbitli genişzolaqlı internet peykinin ilk partiyasının buraxılışını təxirə salıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” yazır.
Sentyabr ayında Roskosmos rəhbəri Dmitri Bakanov 2025-ci ilin sonuna qədər “Rassvet” layihəsinin bir hissəsi olaraq ilk 300 peykin orbitdə yerləşdirilməyə başlayacağına söz vermişdi. Layihənin Elon Maskın Starlink sisteminə bənzəməsi və "istənilən coğrafi məkana internet çıxışı" təmin etməsi nəzərdə tutulur.
Kosmik sənayesindəki iki mənbəyə görə, ilk 16 peykin buraxılışının 2026-cı ilə təxirə salınması, tələb olunan sayda peykin hələ yığılmaması ilə bağlı ola bilər.
1440 saylı Büro öz növbəsində şirkətin "hədəf son tarixlərə uyğun" işlədiyini bildirib və "mərhələlər başa çatdıqca" layihənin gedişatı ilə bağlı yeniliklər təqdim edəcəyinə söz verib.
...Dəqiq buraxılış tarixləri və digər həssas məlumatlar açıqlanmır, - deyə bəyanatda bildirilir.
"Kommersant"ın mənbələrinin fərziyyələrinə baxmayaraq, dekabr ayında Rəqəmsal İnkişaf nazirinin müavini Dmitri Uqnivenko bildirib ki, "Büro 1440" ötən il buraxılış üçün tələb olunan 16 peyki istehsal edib.
"Məlumat İqtisadiyyatı" milli layihəsi çərçivəsində layihənin həyata keçirilməsi üçün federal büdcədən 102,8 milyard rubl ayrılıb.
"Büro 1440" öz vəsaitlərindən (2030-cu ilə qədər) əlavə 329 milyard rubl ayıracaq.
2025-ci ilin iyun ayında Bakanov bildirib ki, "Rassvet" layihəsi çərçivəsində 2035-ci ilə qədər genişzolaqlı internetə çıxış təmin etmək üçün nəzərdə tutulmuş 900-dən çox aşağı orbitli peyk buraxılacaq.
Bu peyklərdən 250-dən çoxunun kommersiya istismarına 2027-ci ildə başlanacağı gözlənilir.
Həmçinin, daha 100 Yer müşahidə peykinin yerləşdirilməsi planlaşdırılır.
...Qeyd edək ki, Elon Maskın SpaceX şirkəti tərəfindən hazırlanmış Starlink şəbəkəsi 550 km hündürlükdə orbitə yerləşdirilən 7000-dən çox peykdən ibarətdir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB