Şahzadə Uilyam Səudiyyə Ərəbistanına ilk rəsmi səfərini edəcək

Uels Şahzadəsi Uilyam Böyük Britaniya hökumətinin xahişi ilə fevral ayında Səudiyyə Ərəbistanına ilk rəsmi səfərini həyata keçirəcək.

SIA xəbər verir ki, bu barədə Kensinqton Sarayı məlumat yayıb. Bildirilib ki, səfər Böyük Britaniya ilə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin 2027-ci ildə 100 illiyə yaxınlaşması fonunda baş tutur.

Məlumata görə, tərəflər ticarət, enerji və investisiya sahələrində artan əməkdaşlığı qeyd edəcəklər.

Şahzadə Uilyamın Səudiyyə Ərəbistanına səfəri fevralın 9-dan fevralın 11-dək davam edəcək. Bu səfər onun yeni ildə ilk rəsmi xarici səfəri olacaq.

Səfərin Böyük Britaniyanın Baş naziri Kir Starmerin müraciəti əsasında təşkil olunduğu qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə