Saratov vilayətində magistral neft kəməri partladılıb...

Bu magistral rus ordusunu neft məhsulları ilə təmin edirdi..

...Sentyabrın 8-də yerli vaxtla saat 1 radələrində Rusiya Federasiyasının Saratov vilayətinin Krasnoarmeyski rayonunda magistral neft kəmərində güclü partlayış baş verib. SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, partlayış nəticəsində işğalçı ordunu neft məhsulları ilə təmin edən “Kuybışev-Lisiçansk” magistral neft kəməri sıradan çıxıb.

Mənbənin sözlərinə görə, zərər çəkmiş obyektin gücü ildə 82 milyon ton təşkil edir.

Partlayışlardan sonra səhər saatlarında hadisə yerində hücumun nəticələrini aradan qaldırmağa çalışan işçi izdihamı müşahidə olunub.

Mənbələrin məlumatına görə, bu, artıq Rusiyanın neft-qaz infrastrukturunun təkcə son 24 saat ərzində sıradan çıxmış üçüncü obyektidir.

Bundan əvvəl Rusiya Federasiyasının Penza vilayətində qaz və neft kəmərlərində partlayışlar qeydə alınıb.

Əvvəlki hallarda olduğu kimi, təcavüzkarın informasiya resursları Saratov vilayətində strateji infrastruktur obyektlərində silsilə partlayışları “planlı təlimlər” kimi izah edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə