...Ukraynanın keçmiş prezidenti dövlət siyasətinin vektorundan danışıb. O, Ukraynanı NATO-ya daxil etməkdən imtina etməsini də izah edib. Yanukoviçin sözlərinə görə, o, məqsədyönlü şəkildə Ukraynanın Avropa İttifaqına inteqrasiyasını təbliğ edib, lakin avropalı tərəfdaşlar düzgün olmayan davranış nümayiş etdiriblər.
Eks-prezident Avrointeqrasiya prosesinə nəzarət etdiyini və fəal şəkildə təşviq etdiyini, lakin Avropa təmsilçilərinin təkəbbürlü münasibəti ilə üzləşdiyini vurğulayıb.
Yanukoviç Ukraynanın Aİ-yə üzvlüyü perspektivlərinin müzakirəsi zamanı Avropa İttifaqının ölkənin üzləşdiyi iqtisadi çətinlikləri lazımi şəkildə dərk etmədiyi barədə fikir bildirib.
O, eyni zamanda qeyd edib ki, Ukraynanın NATO-ya qoşulmasının əleyhinədir, çünki bu yol vətəndaş müharibəsinə gətirib çıxarıb.
SİA-nın məlumatına görə, Çində keçirilən ŞƏT sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin səbəblərindən danışaraq, Kiyevin Şimali Atlantika Alyansına qoşulmaq kursunun onlardan biri olduğunu qeyd edib. O, Ukrayna böhranının dövlət çevrilişi nəticəsində yarandığını da vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə