Bu, NATO və ABŞ-ın mühüm təşəbbüsüdür...

NATO-nun üç ölkəsi Ukraynaya Amerika silahlarının tədarükü üçün 500 milyon dollar ayıracaq...

Norveç iyul ayında ABŞ və NATO-nun başlatdığı yeni müdafiə təşəbbüsündə iştirak etdiyini açıqlayıb.

SİA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna Norveç hökumətinin bəyanatına istinadən xəbər verir.

Söhbət PURL (Priority Ukraine Requirements List) proqramından gedir - Ukraynanın prioritet ehtiyaclarının siyahısı, Amerika silah sistemlərinin sürətlə çatdırılmasını, xüsusən də hava hücumundan müdafiəni gücləndirməyi nəzərdə tutur.

Birinci paket çərçivəsində İsveç, Danimarka və Norveç 500 milyon dollar məbləğində ABŞ-ın müdafiə avadanlığının alınmasını birgə maliyyələşdirəcək.

Oslo hökumətinin dəqiqləşdirdiyi kimi, Norveç 1,5 milyard kron, yəni təxminən 135 milyon ABŞ dolları verəcək.

...Bu, NATO və ABŞ-ın mühüm təşəbbüsüdür. Bu, Ukraynanın özünümüdafiə üçün həyati vacib hərbi texnikanı tez bir zamanda almasına kömək edir, həmçinin ABŞ və Avropa ölkələri arasında Ukraynaya dəstək sahəsində əməkdaşlığı gücləndirir.

Bunu Norveçin baş naziri Conas Qahr Støre bildirib. Təşəbbüs ABŞ-ın NATO və Ukrayna ilə əməkdaşlıqda hazırladığı bir sıra paketləri əhatə edir.

Birinci prioritet Patriot hava hücumundan müdafiə sistemi üçün sursat, eləcə də digər kritik silahlardır.

PURL-də iştirak etməklə yanaşı, Norveç Nansen paketi çərçivəsində Ukrayna və qonşu ölkələr üçün genişmiqyaslı dəstək proqramını maliyyələşdirməyə davam edir.

Hökumətin fikrincə, 2025-ci il üçün ümumi xərc 85 milyard Norveç krona (7,7 milyard ABŞ dolları) çatacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə