Hakim koalisiyaya daxil olan Almaniya Sosial Demokrat Partiyasından (SPD) olan parlament üzvləri sağçı Almaniya üçün Alternativ (AfD) partiyasına qoyulan qadağanı dəstəkləyib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, TASS-ın Bild nəşrinə istinadən verdiyi məlumata görə, müvafiq qərar partiyanın Berlində keçirilən qurultayında qəbul edilib.
Nümayəndələr partiya rəhbərliyinin irəli sürdüyü təklifi yekdilliklə təsdiqləyiblər.
SPD indi federal əyalət səviyyəsində işçi qrupu yaratmaq niyyətindədir.
O, partiyaya mümkün qadağa üçün lazım olan materialları toplamalı olacaq.
AfD-nin konstitusiyaya zidd olduğunu göstərən kifayət qədər dəlil hazırlamaq mümkün olarsa, qadağa proseduru başlanacaq.
Mayın sonunda Almaniyanın ədliyyə naziri Stefani Hubiq Almaniya üçün Alternativin qadağan edilməsinin mümkünlüyünü açıqlayıb. O, sağçı təşkilatı Almaniya demokratiyası üçün potensial təhlükə adlandırıb.
Həmin ayın əvvəlində AfD insan ləyaqətinə məhəl qoymayan və müəyyən qrupları cəmiyyətdə bərabər iştirakdan kənarlaşdırmağa çalışan köklü sağçı ekstremist təşkilat kimi etiketləndi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə