...Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda miqrasiya siyasəti məsələləri müzakirə olunub. SİA-nın məlumatına görə, panel sessiyasındakı söhbət Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu 2024-də başlayan rezonanslı müzakirənin davamı olub.
...Deməli, əvvəlki illərdə olduğu kimi, əsas məruzəçi Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin olub. O, bildirib ki, miqrantlar tərəfindən törədilən cinayət əməllərinin sayı və onların ictimai təhlükəsi yüksək olaraq qalır.
Amma ötən il ərzində əcnəbilər tərəfindən törədilən cinayətlərin sayında cüzi azalma müşahidə olunubsa (2023-cü ildə 38 936, 2024-cü ildə 38 578), o zaman cari ilin ilk 3 ayında 15 faiz (bir il əvvəlki 10 791 cinayətə qarşı 12 449) artım olub.
Bastrıkinin dediyinə görə, dəstə cinayətləri artır, cinsi cinayətlərin sayı yüksək olaraq qalır, miqrantların uşaqlara qarşı törətdiyi nalayiq hərəkətlərin sayı isə demək olar ki, 20 faiz artıb. Ağır və xüsusilə ağır cinayətlərin əhəmiyyətli hissəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlıdır.
...Cinayətlərin 65 faizi narkotik vasitələrin qanunsuz dövriyyəsidir, onlar bizə narkotik gətirirlər.
Bunu da Bastrıkin deyib.
...Və sonra o, əlavə edib ki, qeyri-rəsmi, lakin etibarlı məlumatlara görə, qeyri-qanuni immiqrantlar öz ölkələrinə qovulduqdan sonra orada da cinayətlər artır – bu o deməkdir ki, cinayətkarlar bizə nüfuz etməyə çalışırlar..?
İstintaq Komitəsinin rəhbərinin sözlərinə görə, ölkədə miqrantlar tərəfindən törədilən terror cinayətlərinin sayı 2,7 dəfə artıb.
...Xarakterik cəhət miqrasiya mühitinin radikallaşmasıdır. Miqrantlar arasında rus cəmiyyətinə inteqrasiya etməyə cəhd etməyənlər də az deyil.
...Radikal İslam cərəyanlarının tərəfdarlarının öz həmvətənləri arasında terror ideyalarını yaymaq, onların sıralarına cəlb edilməsi, terror aktlarına hazırlıq məqsədi ilə Rusiya Federasiyası ərazisinə daxil olması, terror aktlarına hazırlıq hallarının artdığını vurğulayır.
Görünən odur ki, vəziyyət miqrasiya sahəsində dövlət nəzarətinin və tənzimlənməsinin gücləndirilməsini tələb edir.
Bunları da rusiyalı rəsmi deyib.
...Maraqlıdır ki, Bastrıkin miqrantlarla bağlı rus səlahiyyətlilərinin səriştəsizliklərini də etiraf edib.
Qeyd edilməlidir ki, o bunu daha çox rusiyalı işəgötürənlərlə əlaqələndirib.
O xatırladıb ki, 2024-cü ildə rusiyalı vəzifəli şəxslər tərəfindən törədilmiş cinayət faktları üzrə 918 cinayət işi açılıb. Bunlardan 707-si hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı olub.
...İstintaq Komitəsi rəhbəri onu da diqqətə çatdırıb ki, əmək miqrantları xüsusi olaraq Rusiyaya ancaq işləmək üçün gəlməlidirlər..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə