Ukraynanın NATO-ya üzvlüyü zəruridir və bu, mütləq baş verəcək

Ukrayna öz mövqeyində israr edəcək...

Ukraynanın NATO-ya üzvlüyü perspektivi Vaşinqtonda “çox çətin” adlandırılıb. Xüsusilə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bu yaxınlarda belə bir bəyanatla çıxış edib.

Ancaq bu cür skeptisizmə diqqət yetirməyin mənası yoxdur. Ukrayna öz mövqeyində israr edəcək, çünki bu, təhlükəsizlik məsələsidir.

SİA-nın məlumatına görə, bu fikri “FREEDOM” telekanalının efirində Ali Radanın Ukrayna Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin rəhbəri Aleksandr Merejko səsləndirib.

...“Çətin ki”, ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Mayk Vals tərəfindən istifadə edilən sözdür. Lakin bu, o demək deyil ki, biz bu ehtimalı tamamilə inkar etməkdən danışırıq, - deyə Merejko vurğulayıb.

O xatırladıb ki, Alyansın genişlənməsinin növbəti mərhələləri baş verəndə Litva, Estoniya, Latviya və Polşa kimi dövlətlərin daxil olması ətrafında oxşar müzakirələr aparılıb.

...O vaxt da müzakirələr oldu və Amerika isteblişmenti də daxil olmaqla, bunun mümkün olmadığını deyən siyasətçilər var idi. Ancaq Ukrayna üçün bu, sadəcə olaraq, zərurətdir. Və burada skeptisizmə diqqət yetirməyə belə ehtiyac yoxdur. Çünki NATO məsələsi bizim dövlət olaraq təhlükəsizliyimiz və yaşamaq məsələsidir. Ona görə də biz bundan sonra da çalışacağıq və israr edəcəyik, - deyə spiker vurğulayıb.

Üstəlik, Merejko əlavə edib ki, Ukraynanın bu kursu dəstəkləyən çoxlu müttəfiqləri var.

...Biz həmişə yadda saxlamalıyıq ki, bizim həm ABŞ-da, həm də NATO-ya üzv ölkələr arasında Ukraynanı dəstəkləyən çoxlu müttəfiqlərimiz var. Deməli, bu qeyri-mümkün bir şey deyil. Bu, zəruridir və mütləq baş verəcək, - deyə ekspert yekunlaşdırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə