Moskvanın şimalında faciə baş verib: bir oğlan və bir qız iki gənc 11-ci mərtəbədən yıxılıb.
SİA xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
…Qız sağ qalıb. Ona tibbi yardım göstərilir. Jurnalistlər öz mənbələrinə istinadən yıxılanların “20-25 yaşlı gənc” olduğunu bildirirlər.
Qızın böyük hündürlükdən yıxılaraq sağ qaldığı və ona köməklik göstərildiyi qeyd edilir.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
İstintaq orqanları hadisənin başvermə şəraitini araşdırır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə