Moskvada iki gənc 11-ci mərtəbənin pəncərəsindən yıxılıblar

17 Mart 2025 18:38 (UTC+04:00)

Moskvanın şimalında faciə baş verib: bir oğlan və bir qız iki gənc 11-ci mərtəbədən yıxılıb.

SİA xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

…Qız sağ qalıb. Ona tibbi yardım göstərilir. Jurnalistlər öz mənbələrinə istinadən yıxılanların “20-25 yaşlı gənc” olduğunu bildirirlər.

Qızın böyük hündürlükdən yıxılaraq sağ qaldığı və ona köməklik göstərildiyi qeyd edilir.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

İstintaq orqanları hadisənin başvermə şəraitini araşdırır.

Nazlı Almuradova