Sverdlovsk vilayətində Rusiya vətəndaşı oğurluqdan sonra ani karma ilə vurulub.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı, fevralın 25-də Ural Mash Telegram kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Sarapulka şəhərinin mağazalarından birində yükləyici işləyən sakini əlinə keçən tərəvəzləri oğurlayaraq şalvarına, gödəkçəsinə, hətta kapüşonuna da qoyub.
Oğurlanmış əşyalarla küçəyə çıxan kimi onu maşın vurub. Oğurladığı pomidorlar o yerə yıxılarkən hamısı əzilir və mağaza müdiri oğurluqdan xəbər tutur.
Zərərçəkmiş daha sonra xəstəxanaya aparılır və orada onun “bədənindən” xeyli tərəvəz aşkar edilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə