Tramp müharibənin məsuliyyətini Ukraynanın üzərinə atır..?

Şimali Koreya qoşunları Kursk vilayətində taktikanı dəyişir..? ...Rusiya işğal etdiyi ərazilərin 20 faizini Kiyevə vermək niyyətindədir..?

Şimali Koreya qoşunları Rusiyanın Kursk bölgəsində yenidən peyda olublar. Onlar bu dəfə yeni piyada hücumu taktikalarından istifadə etmək və Ukrayna maşınlarını hədəf almaq üçün unikal Bulsae-4 mobil raket buraxılış qurğularından istifadə edirlər.

SİA-nın məlumatına görə, bunu Forbes yazır.

Xatırladaq ki, əvvəllər Şimali Koreya qüvvələri əsasən 100-200 nəfərlik bölmədə (rota-A.B.) fəaliyyət göstərirdisə, indi onların hücumları daha kiçik qruplarda - 50 döyüşçüdən ibarət taqımlarda həyata keçirilir.

Bu, onlara Ukrayna pilotsuz təyyarələri tərəfindən aşkarlanmamaq və zərbələr zamanı itkiləri azaltmağa imkan verir.

Ukraynanın 47-ci Mexanikləşdirilmiş Briqadası Rusiya və Şimali Koreyanın Kurskdakı hücum qruplarını atəşə tutmaq üçün kasetli sursatlardan istifadə edib.

Qeyd edilməlidir ki, belə mərmilərdən biri 88-ə qədər döyüş sursatını dağıtır ki, bu da piyadalara əhəmiyyətli itkilər verdirir.

Oxşar raketlər artıq dekabr ayından bəri Şimali Koreyanın bir neçə hücumunun qarşısını alıb.

Ordu TV-nin məlumatına görə, Ukrayna bölmələri, xüsusən də 47-ci Mexanikləşdirilmiş Briqada düşmənin böyük konsentrasiyasına qarşı kasetli sursatlardan istifadə edir, sonra isə yüksək partlayıcı mərmi əlavə edir - “sadəcə onlara bir şans verməmək üçün”.

...Pxenyanın bu itkiləri ödəmək üçün əlavə qüvvələr göndərib-göndərmədiyi məlum deyil, lakin aydındır ki, Şimali Koreya rejimi Rusiyanın qərbində və Ukraynanın şərqində əhəmiyyətli dərəcədə artilleriya və raket sistemləri arsenalını saxlayır.

Bu yaxınlarda Ukraynaya məxsus pilotsuz uçan aparat Pokrovsk yaxınlığında Şimali Koreyanın M1989 haubitsasına ilk zərbəni qeydə alıb və Rusiya mənbələri Kurskda Şimali Koreyanın Bulsae-4 raket sistemlərinin olmasını təsdiqləyir.

Xatırladaq ki, hələ avqust ayında ukraynalılar ilk dəfə altı təkərli, səkkiz raketli Bulsae-4-ü cəbhə xətti yaxınlığında görmüşdülər və dörd ay sonra bu qurğulardan birini məhv edə də bilmişdilər. Amma buna cavab olaraq sağ qalan maşınlar atəş açıb, bu yaxınlarda Ukraynanın mümkün döyüş mövqeyinə və zirehli texnikasına böyük zərər verib.

Deyilənlərə görə, bununla belə, hətta Bulsae-4-ün uğurlu zərbələri də döyüş meydanındakı vəziyyəti dəyişmir. Analitiklər hesablayıblar ki, avqust ayından ruslar Kursk vilayətində 550-yə yaxın, ukraynalılar isə 400-ə yaxın avtomobil itirib.

Təbii ki, Şimali Koreyalıların hücumlarını dayandıracağını gözləməyin. Çünki bu arada, ümumi siyasi vəziyyət Ukraynanın xeyrinə deyil.

...Deməli, ABŞ prezidenti Donald Tramp Ukraynadan yüz milyardlarla dollar dəyərində nadir minerallar tələb etməyəndən sonra Rusiya tərəfindən işğal olunmuş ərazilərin 20 faizini Kiyevə vermək niyyətindədir.

...Və Tramp hətta müharibənin məsuliyyətini Ukraynanın üzərinə atmağa çalışıb. O, Floridadakı mülkündən müharibəyə başlamamış Ukrayna liderlərinə müraciət edərək, “Sən buna başlamamalı idin” deyib.

Amma Trampın mövqeyinə baxmayaraq, Ukrayna Avropadan dəstək alaraq mübarizəni davam etdirir. Bu qətiyyət öndə görünür.

...Mən danışıqlar barədə heç nə bilmirəm. Bilirəm ki, bu il müharibə bitməyəcək. Mən düşmənimizi effektiv şəkildə məhv etməyi bilirəm.

Hə, yeri gəlmişkən bunu Kursk vilayətindən ukraynalı pilotsuz təyyarə operatoru yazıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə