Ağ Evdən Trampın Qəzza planı ilə bağlı AÇIQLAMA

Prezident Donald Tramp Qəzza zolağına ABŞ qoşunlarının göndərilməsi ilə bağlı öhdəlik götürməyib. SİA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə deyib. Xatırladaq ki, Tramp fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında Qəzza zolağı ilə bağlı gözlənilməz təklif irəli sürüb. O, qeyd edib ki, Birləşmiş Ştatlar fələstinlilərin ərazidən çıxarılmasını və bölgəni nəzarətə götürərək onu iqtisadi baxımdan inkişaf etdirməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə