Ukrayna Silahlı Qüvvələrində canlı qüvvə hələ də çatışmır...
Ötən, 2024-cü il ərzində Ukrayna 200 minə yaxın əsgəri səfərbər edə bilsə də, lakin Ukrayna ordusunda hələ də canlı qüvvə çatışmır.
SİA-nın məlumatına görə, bu barədə “The Washington Post” qəzeti adı çəkilməyən Ukrayna və Qərb rəsmilərinin hesablamalarına istinadən yazır.
Qəzetin yazdığına görə, Ukrayna hərbçiləri “ləng və razılaşdırılmamış səfərbərlik kampaniyasından” narazıdır. Onlar deyirlər ki, hərbi xidmətə çağırış çox gec baş verib, o zaman bölmələr artıq “aylar ərzində dəyişdirilmədən ciddi kadr çatışmazlığı” yaranıb.
Adı açıqlanmayan hərbçilər həmçinin iddia edir ki, fərarilərin sayı artıb, çünki insanlar artıq könüllü döyüşə getmirlər, məcbur aparılırlar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə