Qadın ticarət mərkəzində pirotexniki əşyaları yandırıb

...Moskvanın Otradnoye rayonundakı ticarət mərkəzində qadın atəşfəşanlıq edib. Bu barədə paytaxt Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

SİA-nın məlumatına görə, hadisə dekabrın 21-də günorta saat iki radələrində “Fort” ticarət mərkəzində baş verib. Ziyarətçilər qadını saxlayaraq hadisə yerinə gələn hüquq-mühafizə orqanlarına təhvil verə biliblər.

Hadisə nəticəsində xəsarət alanların olmadığı dəqiqləşdirilir. Hücum edən şəxs əlavə araşdırma üçün polis bölməsinə aparılıb.

İlkin məlumata görə, saxlanılan şəxs naməlum şəxslərin göstərişi ilə hərəkət edib.

Bundan əlavə, ona 120 min rubl verildiyi deyilir.

Qeyd edilir ki, bu hadisədən sonra Moskva yaxınlığındakı Korolevdə pirotexniki vasitənin partlaması baş verib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə