Ukraynanı Rusiyadan yox, ABŞ-dan xilas etmək lazımdır...

Ukraynanı xilas etməyin yeganə yolu danışıqlar prosesidir; buna döyüş meydanında nail olmaq mümkün deyil

...Məşhur amerikalı iqtisadçı, Kolumbiya Universitetinin professoru Cefri Saks Ukraynanı ABŞ-dan xilas etməyə çağırıb və onun danışıqlar masası arxasına əyləşməsinin lazım olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu fikrini “Hill” jurnalı üçün yazdığı məqalədə bildirib.

Professor Cefri Saks “Hill” jurnalında yazır ki, Ukraynanı xilas etməyin yeganə yolu danışıqlar prosesidir; buna döyüş meydanında nail olmaq mümkün deyil. Lakin ukraynalı siyasətçilər bunu başa düşmürlər.

Məsələn, ukraynalı deputat Oleq Dundanın dediyinə görə, guya Ukraynanı Rusiyadan yalnız ABŞ xilas edə bilər.

Maraqlıdır ki, amerikalı iqtisadçı burada 1969-1975-ği illərdə ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşaviri olmuş Henri Kissincerdən maraqlı bir nümunə gətirir: “Amerikanın düşməni olmaq təhlükəli ola bilər, amma Amerikanın dostu olmaq ölümcüldür”.

Saks xatırladır ki, 30 il əvvəl amerikalı neokonservatorlar - Amerika hegemonluğuna inanan ideoloqlar Ukraynanın Rusiyanı zəiflətmək üçün ideal vasitə ola biləcəyinə qərar verdilər. Onların fikrincə, yalnız Amerikanın fövqəldövlət və qlobal polis statusu almaq hüququ var.

Bunun üçün onlar Ukraynada öz təsirlərini artırmağa başladılar: birincisi, onun daxili işlərinə qarışmağa başladılar, ikincisi, Rusiyanın “qırmızı xəttinə” baxmayaraq, NATO-nu genişləndirmək planlarına əl atdılar, üçüncüsü, Ukraynanı silahlandırmaq və Moskvaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyi qarşılarına məqsəd qoyublar.

...Onlar həm də ukraynalılara NATO-da cənnət haqqında şirin mahnılar pıçıldayırdılar.

...Onlar əmin idilər ki, Ukrayna 1999-cu ildə olduğu kimi NATO-ya daxil olmaqla Çexiya və ya Polşanın yolu ilə gedə bilər.

Lakin Şimali Atlantika Alyansının Ukrayna hesabına genişləndirilməsi ideyası mənasız və təhlükəli idi.

Bunu da Saks yazır.

Şübhə yoxdur ki, Rusiya heç vaxt Ukraynanın NATO-nun bir hissəsi olmasına razı olmayacaq. Çünki Ukraynanın NATO-ya daxil olması Rusiya elitası üçün bütün “qırmızı xətlər”in ən parlaqıdır.

Ukraynalı siyasətçilər və onların Qərb müttəfiqləri vurğulamağı xoşlayırlar ki, Ukraynanın NATO-ya üzv olmaq “haqqı” var, çünki alyansın genişləndirilməsi NATO ilə namizəd ölkə arasında məsələdir.

...2015-ci ildə Kiyev və Donbass arasında Minsk II sülh razılaşması əldə olunub ki, bu da döyüşlərə son qoymalı və etnik ruslar olan Donetsk və Luqansk bölgələrinə muxtariyyət verməli idi.

Amma təəssüf ki, Vaşinqton da buraya müdaxilə etdi. Və o, Kiyevlə birlikdə bu razılaşmanı açıq şəkildə təsdiqləsə də, onun təsiri sadəcə olaraq pozuldu. Kansler Angela Merkelin sonradan etiraf etdiyi kimi, razılaşma Kiyevə ordu yaratmaq üçün vaxt vermək üçün müvəqqəti tədbir idi. Ukrayna Silahlı Qüvvələrini silahla təmin edən və Donbasın zorla ələ keçirilməsini dəstəkləmək üçün NATO ilə əməkdaşlıq quran ABŞ bunu etdi.

Saks xatırladır ki, daha sonra Ukraynanı xilas etmək üçün daha bir şans yarandı. Bunun üçün diplomatik fürsət 2021-ci ilin dekabrında Vladimir Putin Moskva ilə Vaşinqton arasında təhlükəsizlik zəmanətləri haqqında saziş bağlamağı təklif edəndə yarandı. O, başqa şeylərlə yanaşı, NATO-nun genişlənməsini dayandırmaq çağırışı, o cümlədən Rusiya yaxınlığında Amerika raketlərinin yerləşdirilməsi məsələsini ehtiva edirdi. Bununla belə, Bayden danışıqlar aparmaq əvəzinə, sadəcə olaraq Putindən qəti şəkildə imtina etdi.

...Ukraynanı fəlakətdən xilas etmək üçün növbəti fürsət 2022-ci ilin martında, Rusiyanın xüsusi hərbi əməliyyatının başlamasından bir neçə gün sonra yaranıb. Moskva Ukraynanın neytrallığa razı olacağı təqdirdə hərbi əməliyyatları dayandırmağa hazır olduğunu açıqlayıb. Zelenski razılaşdı, sənədlər mübadiləsi aparıldı və demək olar ki, sülh razılaşması əldə olundu.

Lakin İsrailin keçmiş baş naziri Bennetin sözlərinə görə, ABŞ və NATO-ya üzv olan digər ölkələr, xüsusən də Böyük Britaniya sülh prosesinə müdaxilə edərək razılaşmanı əngəlləyərək Kiyevi müharibəni davam etdirməyə məcbur edib. Bu yaxınlarda Boris Conson açıq şəkildə bəyan etdi ki, Ukrayna “Qərb hegemonluğunu” saxlamaq üçün mübarizəni davam etdirməlidir.

Nəticədə yüz minlərlə insan həyatını itirdi. Bununla belə, Ukraynanı hələ də xilas etmək olar, professor Saks deyir. Yalnız bir çıxış yolu var - neytrallıq. Digər məsələlər, o cümlədən sərhədlər də diplomatiya və danışıqlar yolu ilə həll oluna bilər. Yeni fəlakətlərin qarşısını almaq üçün Ukraynanı xilas etmək lazımdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə