Albaniyanın əhalisi son 13 ildə 14 faiz azalıb

Albaniyanın əhalisi 2011-ci ildən bəri 14 faiz azalıb. SİA xəbər verir ki, siyahıyaalma ilə bağlı yeni dərc edilmiş məlumatlara görə, Albaniyanın əhalisi 2011-ci ildəki 2,8 milyon nəfərdən təxminən 409 min nəfər və ya 14 faiz azalaraq 2,4 milyon nəfərə düşüb. Rəqəmlər yaşlı əhali faizinin kəskin artdığını göstərir.

Əhali sayının azalmasına ən böyük səbəb kimi miqrasiya problemi göstərilir. Yeni doğulanların sayındakı azalma (6,4 faiz) və yaşlı əhali sayındakı artım (13,7 faiz) digər səbəblərdir.

Hazırda ölkə əhalisi 2 milyon 412,1 min nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə