Avtobus və metronun qiyməti 50 qəpik oldu

Xəbər verdiyimiz kimi, bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərar verib

iclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Qərara əsasən, avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən edilib.

Bildirilib ki, bu Qərar Azərbaycan Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB