Media amerikalı reper Kanye Uestin Rusiyaya niyə gəldiyini öyrənib

Məşhur amerikalı reper Kanye Uest Rusiyaya gəlib. Bu barədə ilk məlumat verən prodüser Yana Rudkovskaya oldu, sonra sənətçinin özü Rusiya Federasiyasında olduğunu təsdiqlədi.

O, sosial şəbəkədə "Salam, Moskva" yazıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Uest rusiyalı dizayner Qoşa Rubçinskinin 40 yaşı tamam olan ad gününə gəlib. Mətbuatın yazdığına görə, onlar uzun müddətdir dostdurlar.

“İzvestiya” qəzeti videonu dərc edib. Görüntülərdə reperin təhlükəsizliklə birlikdə restoranın salonlarından birinə girdiyi görünür.

Mash Telegram kanalı xəbər verir ki, musiqiçi, ehtimal ki, artıq “Beluqa” restoranına baş çəkməyi və GUM-da təxminən 82 min rubla nahar etməyi bacarıb.

KİV-in məlumatına görə, o, bir gecənin demək olar ki, 1 milyon rubla başa gəldiyi Royal South otağındakı Four Seasons Hotelə girə bilərdi.

Kanal iddia edir ki, bu, şəxsi səfərdir və konsertlə heç bir əlaqəsi yoxdur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə