İngiltərə millisi əlavə vaxta qalib gələrək 1/4 finala yüksəlib

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu baş tutub.

SİA xəbər verir ki, İngiltərə və Slovakiya yığmaları üz-üzə gəlib. Gelzenkirxen şəhərində yerləşən "Feltins Arena"da oynanılan görüşün əsas vaxtı 1:1 hesabı ilə bitdiyi üçün əlavə vaxt oynanılıb.

Əlavə 30 dəqiqədə daha bir top vuran ingilislər adını 1/4 final mərhələsinə yazdırıblar.

Günün ikinci matçında İspaniya Gürcüstanı sınağa çəkəcək. Kölnün “Reyn Enerqi” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxt ilə 23:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl İsveçrə və Almaniya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə