“ABŞ, Yaponiya və Cənubi Koreya “NATO-nun Asiya versiyasını” yaratdılar...

...Bu həftə, cümə axşamı, Cənubi Koreya, Yaponiya və ABŞ-ın iştirak etdiyi "Freedom Edge" kod adlı genişmiqyaslı birgə hərbi manevrlər başlayıb.

SİA-nın dünən də yazdığı kimi, təlimdə esmineslər və qırıcı təyyarələr, həmçinin “USS Theodore Roosevelt” nüvə təyyarədaşıyan gəmisi də daxil olmaqla dəniz qüvvələri iştirak edir.

“Reuters” xəbər verir ki, təlimin məqsədi raket, sualtı və hava təhdidlərindən müdafiəyə hazırlığı artırmaqdır.

Manevrlər Şimali Koreyanın silah sınaqları nəticəsində bölgədə artan gərginliyə cavab olaraq planlaşdırılıb və iştirakçı ölkələr arasında hərbi əməkdaşlığı artırmaq məqsədi daşıyır.

Şimali Koreya Cənubi Koreya, Yaponiya və ABŞ-ın bu ay keçirdiyi birgə hərbi təlimləri tənqid edərək, bunun üç ölkə arasındakı münasibətlərin “NATO-nun Asiya versiyasına” çevrildiyinin göstəricisi olduğunu bildirib.

Şimali Koreyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Pxenyan ABŞ və müttəfiqlərinin rəhbərlik etdiyi hərbi blokun güclənməsinə məhəl qoymayacaq və regional sülhü aqressiv və böyük reaksiya ilə qoruyacaq.

Bunu KCNA xəbər agentliyi bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə