Pervomayskdakı "rus kazakları"nın bazası məhv edilib

Ukrayna Müdafiə Qüvvələri Rusiya Silahlı Qüvvələrinin Luqansk vilayətinin Pervomaysk şəhərindəki hərbi bazasına hücum edib.

Hadisə şahidi hücum anını lentə almağı bacarıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Dialoq” “KiberBoroshno” ekspertlərinə istinadən xəbər verir. Mütəxəssislər videodan istifadə edərək Ukraynanın zərbəsinin yerini müəyyən edə biliblər. Məlum olub ki, yerli şəhər administrasiyası yaxınlığında rusların uzun müddətdir hərbi hədəf kimi istifadə etdiyi bina hücuma məruz qalıb.

...Rusiya Silahlı Qüvvələrinin “kazakları” əvvəllər bu bazanın fonunda çəkilib.

Çəkilişlərə hərbi texnika da daxil edilib. Hücumun nəticələri müəyyənləşdirilir.

Videogörüntülərə görə, binaya ciddi ziyan dəyib. Partlayış dalğası nəticəsində yaxınlıqdakı evlərin pəncərə və qapıları uçub.

Qeyd edək ki, Pervomaysk döyüş təmas xəttindən təxminən 30 km aralıda yerləşir. Hücumun hansı silahdan istifadə edildiyi hələlik məlum deyil.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə