Volqoqrad vilayətində salatdan zəhərlənmə hadisəsi araşdırılır

Volqoqrad vilayətinin Voljski şəhərində yerli sakinlərin salatlardan zəhərlənməsi ilə bağlı cinayət işi açılıb.

SİA TASS-a istinadən xəbər verir ki, vətəndaşlar çörək sexindən hazır yemək alıblar. Bir neçə nəfər salat yedikdən sonra xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin “Təhlükəsizlik tələblərinə cavab verməyən məhsulların istehsalı və satışı” maddəsi ilə araşdırma aparılır.

Moskva, Sankt-Peterburq, Nijni Novqorod, Kostroma vilayətləri və Tatarıstanda kütləvi botulizm hadisələrindən sonra müstəntiqlər bu işə xüsusi diqqət yetirirlər.

Qeyd edək ki, bu rayonlarda ümumilikdə üç yüzdən çox insan xəstəxanalara yerləşdirilib.

Nijni Novqorod və Kostroma vilayətlərində isə botulizmə yoluxan iki nəfər ölüb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə