“Barselona” iki futbolçusu ilə yollarını ayırdı

"Barselona” klubda icarə əsasında çıxış edən cinah yarımmüdafiəçisi Joao Feliks və müdafiəçi Joao Kanselonun komandadan ayrıldığını açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Feliks Madrid “Atletiko”sunun, Kanselo isə “Mançester Siti”nin futbolçusudur.

Ötən mövsüm 24 yaşlı Feliks bütün yarışlarda 45 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun Madrid klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Kanselo isə ötən mövsüm bütün turnirlərdə 44 matçda iştirak edib və bu matçlarda 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun ingilis klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə