Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

Dizayn sahəsində 25 ildən çoxdur fəaliyyət göstərirəm. Bu sahənin perspektivli gənclərimiz üçün gələcəyə açılan qapı olması bir faktdır.

SİA xəbər verir ki, bunu iyunun 30-da dizaynerlərin görüşündə - “Azərbaycan Dizayn Sammiti 2024”də iştirak edən dizayner Toğrul Babayev söyləyib.

Tədbirin təşkilinin Azərbaycanda dizayn sahəsinin gələcəkdə inkişafı üçün çox vacib olduğunu diqqətə çatdıran dizayner əlavə edib ki, belə tədbirlərin reallaşması ölkənin tanınmasına, beynəlxalq arenada təmsilinə töhfə verir.

“Bu kimi tədbirlər həm də gəncliyin təfəkkürünə təsir edir. Dizayn elə bir sahədir ki, gündəlik həyatımıza da daxil olub. Nəzər saldığımız hər bir yerdə dizayna dair işlər, əsərlər, yaradıcılıq nümunələri ilə qarşılaşa bilərik”, - deyə T.Babayev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə