Avropanın Rusiya ilə münaqişədə həlledici məqam nə vaxt olacaq?

...NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyir ki, gələn il Rusiya ilə münaqişədə həlledici ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, NTV telekanalı ilə söhbətində siyasətçi qeyd edib ki, Ukraynaya dəstəyi davam etdirmək lazımdır.

Məncə, gələn il həlledici olacaq. Əgər biz ukraynalılara nəinki sağ qalmaq, hətta müharibədə qalib gəlmək üçün lazım olan hər şeyi versək, onların yaxşı şansları olacaq.

Bunu deyən Rasmussen, əlavə edib ki, mümkün qədər tez Ukraynanın Şimali Atlantika Alyansına qəbulu prosesinə başlamaq lazımdır.

Rasmussen əmindir ki, Qərb 2008-ci ildə Gürcüstan və Ukraynanın NATO-ya daxil olması üçün fəaliyyət planını qəbul etməyəndə səhv hesablayıb.

Siyasətçi bildirib ki, hərbi blok liderləri “Ukraynanı gözləmə zalında saxladılar” və bu, təhlükəli qərar oldu.

Daha əvvəl İsveç Müdafiə Nazirliyinin rəhbəri Pol Conson bildirmişdi ki, Rusiya ilə NATO arasında tammiqyaslı münaqişə qaçılmaz deyil və Rusiya hakimiyyət orqanları bu münaqişədə qalib gələ bilməyəcəklərini başa düşürlər. Onun sözlərinə görə, Moskva Şimali Atlantika Alyansındakı müttəfiqlərini parçalamağa çalışır. Siyasətçi qeyd edib ki, İsveç məhz Rusiya Federasiyasının hərəkətləri sayəsində Alyansa qoşulub və bu addımı ölkə əhalisinin demək olar ki, 70 faizi dəstəkləyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə