Naxçıvana hava reysinin qiyməti dəyişməyib

Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin tarifi tənzimlənib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında bildirilib.

Qərara əsasən, Bakı-Naxçıvan/Naxçıvan-Bakı təyyarə biletlərinin qiymətinin yuxarı həddi 70 manat müəyyən edilib.

Azərbaycan Hava Yolları QSC-dən bildirilib ki, Bakı-Naxçıvan reysi üzrə biletlərin qiyməti dəyişməz qalıb.

Biletlərin qiyməti Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün 70 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB