Zelenski Rusiya ilə birbaşa danışıqlara dair sualı cavablandırıb

...Rusiya ilə sülh danışıqları yalnız vasitəçilərin iştirakı və Kiyevlə təklifin razılaşdırılması ilə mümkündür.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski bu barədə “The Philadelphia Inquirer”ə müsahibəsində bildirib.

...Zelenski Rusiya ilə birbaşa danışıqların mümkünlüyü ilə bağlı sualı cavablandırıb və onların mümkünlüyünü istisna edib.

Onun fikrincə, dünyanın müxtəlif yerlərindən olan dövlətlər sülh planının hazırlanmasında iştirak etməli və sonra onu Moskvaya təklif etməlidir.

Siyasətçi “taxıl sövdələşməsi”ni misal gətirərək yalnız paralel formatda vasitəçilərin iştirakı ilə danışıqlara icazə verib.

“Hələlik bizdə yalnız bu model var”

Zelenski deyib bunu.

Bundan əvvəl Zelenski Rusiya Silahlı Qüvvələrinin idarə olunan aviasiya sursatları ilə endirdiyi zərbələr zamanı “Patriot”un təsirsiz olduğunu açıqlamışdı. Onun sözlərinə görə, effektiv mübarizə üçün Kiyevə ayda minə yaxın “Patriot” raketi lazımdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə