Vladimir Vladimiroviç, nə olub..?

...Deməli, bu arada Avropada bazarlarında “Russkiy Standart” arağı peyda olub.

Amma “russkiy” sözünün ixtisarıyla. Yəni araq butulkasındakı etiketdə “russkiy” sözü yoxdur.

Təbii ki, bu ruslara yer eləməlidir.

Maraqlıdır ki, araq butulkasındakı etiketə görə, o, İtaliyada hazırlanıb.

...Və ruslar sual edir ki, indi bəs, Rüstəm Vasilyeviç Tariko araq butulkasından “russkiy” sözünün itməsini nə ilə izah edəcək.

Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, tatar əsilli Rüstəm Tariko “Russkiy Standard” holdinqinin sahibidir. Belə ki, araq istehsalçısı “Russian Standard Vodka” MMC, “Rus Standard Bank” ASC, “Rus Standard Insurance” ASC və s.-də sahibkarlıq edir.

...Və ruslar yeni bir sualla şıxış edirlər: nə baş verir?

Məgər onlar öz bizneslərini rus dilini ləğv etməklə doldururlar?

Və bu dəfə vətənpərvər ruslar Vladimir Vladimiroviçə, “...nə olub?” sualını ünvanlayırlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə