“Özünüzü döyün ki, yadlar qorxsun”...?

Rus təbliğatçıları və generalları nəyi bölüşə bilməzdilər..?

...Deməli, bu arada “Çarqrad” TV vaxtilə Rusiya Federasiyasının Müdafiə naziri olmuş Anatoli Serdyukovun, sonradan isə Sergey Şoyqunun sağ əli kimi tanınan general Tatyana Şevtsovanın hara yoxa çıxması ilə maraqlanır.

SİA-nın əldə etdiyi məlumata görə, o, keçmiş müdafiə naziri Şoyquya yaxın olan digər müavinlər və generallarla birlikdə 2024-cü il iyunun 17-də Rusiya Federasiyasının prezidenti tərəfindən tutduğu vəzifədən uzaqlaşdırılıb.

Mayın sonunda, şöbədəki maliyyə axınlarına cavabdeh olan Tatyana Şevtsovanın Belousovun “yeni süpürgəsi”nin yoxlanılmasını gözləmədən sakitcə istefa məktubu yazdığı barədə məlumatlar ortaya çıxmışdı.

...Yenə də, deməli, “Çarqrad” TV mənbəyə istinadən bildirir ki, qəfil işdən çıxarıldıqdan sonra Tatyana Şevtsova bir qalaq nağd pulu da götürərək Fransaya qaçıb..?

Qeyd edilməlidir ki, rəsmi mənbələr bunu təsdiqləməsə də, təkzib də etmirlər.

Deyilənlərə görə,..guya əslində, belə bir resursda bu cür məlumatların görünməsi təəccüblüdür.

Bunu “Den opriçnik” Telegram kanalı yazır və qəribə də olsa belə bir misal çəkir: “...özünüzü döyün ki, yadlar qorxsun”?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə