Orban açıqlamasına görə məsxərəyə qoyulub

...Macarıstanın müxalifət partiyası TİZSA-nın əsas simalarından olan Peter Madyar baş nazir Viktor Orbanın Avropa Parlamentində yeni sağçı blok yaratmaq planlarını ələ salıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Madyar Facebook-da yazıb.

Siyasətçi diqqəti Orbanın “bütün Avropa siyasi qruplarının Fidessin müraciətini rədd etməsindən sonra” Avropa Parlamentində yeni partiyalar ittifaqı yaratdığını elan etməsinə yönəldib.

...“Vətənpərvərləri” birləşdirən nədir? Görünür, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparılır. Viktor Orban yeni müttəfiqlərinə 2000 insan alverçisinin azad edilməsi, köçürmə istiqrazları (dövlət istiqrazlarının alınması müqabilində Macarıstanda yaşamaq icazəsi almağa imkan verən proqram - red.) və on minlərlə insanın idxalı barədə danışıbmı? Madyar istehza ilə soruşub.

Macar müxalifətçinin fikrincə, Orbanın həlli budur ki, “heç bir kluba dəvət olunmayanda inciyirsən və öz klubunu yaradanda dərhal bəyan edirsən ki, səninki əsldir, səninki ən böyükdür, səninki yeganədir...”

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə