Amerikalıların son10 ildə ilk dəfə üzləşdikləri təhlükə...

ABŞ-ın Avropadakı hərbi bazaları yüksək hazırlıq vəziyyətinə gətirilib

ABŞ-ın Avropadakı hərbi bazaları terror hücumu təhlükəsi ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Onların fikrincə, terror hücumunun hədəfi ABŞ hərbçiləri və ya obyektləri ola bilər. Rəsmilərdən birinin qeyd etdiyi kimi, onlar “ən azı 10 ildə” ilk dəfədir ki, bu səviyyədə təhlükə ilə üzləşirlər.

Mənbələrin məlumatına görə, hərbçilər ABŞ-ın Avropa Komandanlığının qərargahının yerləşdiyi Ştutqart da daxil olmaqla, döyüş hazırlığının səviyyəsini artırıb.

Təhlükəsizlik tədbirlərinin artırılmasına hansı kəşfiyyatın səbəb olduğu hələlik bəlli deyil. Lakin Avropa hakimiyyəti əvvəllər Parisdə Olimpiya Oyunları və Almaniyada futbol üzrə Avropa çempionatı zamanı potensial terror hücumu təhlükəsi barədə xəbərdarlıq etmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə